Ölkə 21:11 16.05.2023

Şabranda kütləvi zəhərlənmə oldu

Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

"Report”un məlumatına görə, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.