Xəbər lenti

ABŞ alimi: Dünya yadplanetlilərin yaratdığı kompüter simulyasiyasıdır
Texnologiya 11:27 15.10.2020

ABŞ alimi: Dünya yadplanetlilərin yaratdığı kompüter simulyasiyasıdır

Kolumbiya Universitetinin (ABŞ) astronomu David Kippinq deyir ki, bizi əhatə edən reallıq 50% ehtimalla bir simulyasiyadır.


Qaynarinfo"Scientific American”a istinadla xəbər verir ki, 2003-cü ildə Oksford Universitetinin professoru Nik Bostrom ətrafımızdakı dünyanın digər sivilizasiyaların yaratdığı bir kompüter simulyasiyası olduğunu irəli sürüb.


Kippinq bildirib ki, simulyasiyanın yoxluğuyla bağlı fərziyyə təsdiqlənərsə, simulyasiyasız bir dünyada yaşamaq ehtimalımız 100% olacaq. Bununla belə, Kainatın simulyasiyasının hipotezində belə, hər simulyasiya səviyyəsinin hesablama resurslarının azalması səbəbindən süni reallıqların əksəriyyəti nəticəsiz qalacaq.


Buna görə də insanlıq reallıq simulyasiyaları yaratmağa başlayana qədər bir simulyasiya içində yaşamaq ehtimalımız fiziki dünyada olma ehtimalımıza bərabərdir.

 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->