Xəbər lenti

Foto 18:34 27.12.2017

ABŞ-da həyat dondu: əhaliyə xəbərdarlıq edildi (FOTOLAR)

ABŞ-ın İllizionis ştatının Çikaqo şəhərində 1918-ci ildən bəri ən soyuq qış müşahidə olunur.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, temperaturun -20 dərəcə olduğu bölgədə qarın qalınlığının 15-17 sm-ə çatacağı gözlənilir. Rəsmilər insanlara 30 dəqiqədən artıq çöldə qalmamağı məsləhət görüblər. 

Şaxtalı hava səbəbilə Miçiqan gölü donub. Bir nəfər sosial mediada donmuş kirpik və qaşlarının fotosunu paylaşıb. 

Qeyri-sabit hava şəraiti 16 təyyarə səfərinin təxirə salınmasına səbəb olub. 

Bəzi insanlar isə parklara qarlı havada ailə üzvləri və ev heyvanları ilə əylənmək, xizək sürmək üçün axın ediblər.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->