Rusiyanın Avropa ilə mümkün bir qarşıdurma vəziyyəti olacağı halda Amerika beşinci nəsil F-35 qırıcıları Rusiyaya qarşı dura biləcək yeganə təyyarə olacaq.
Qaynarinfo xəbər verir ki, strateji düşüncə mərkəzi RAND-ın bir hesabatında bu təyyarələrin Rusiyanın hava hücumundan müdafiə sistemini keçə biləcəyi qeyd edilir. Onlar "münaqişənin ilk saatlarından etibarən əhəmiyyətli bir töhfə verə biləcəklər".
Bununla birlikdə, F-35-lərin tədarükü üçün müqavilə imzalayan NATO ölkələrinin hava qüvvələrini özlərinin yaxşılaşdırmaları lazımdır. Analitiklər qeyd edib ki, bu, gələcəkdə yeni Amerika qırıcılarının iştirakı ilə birgə əməliyyatlar keçirmələri üçün onlara imkan verəcək.
Oktyabr ayının əvvəlində ABŞ Konqresinin Amerika F-35 çoxfunksiyalı qırıcılarının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satılmasının qarısını almağa çalışdığı bildirilmişdi. Orada BƏƏ-nin silah sahəsində Rusiya və Çin ilə əməkdaşlıq etdiyi xatırladılıb.
ABŞ BƏƏ-nin F-35-in sirlərini Rusiya tərəfi ilə "paylaşa biləcəyindən” ehtiyat edir. Onlara görə, Rusiya Hərbi Hava Qüvvələrinin tərkibində F-35-lərin olması Rusiyanın bu döyüş maşınlarını müxtəlif döyüş şəraitində necə vurmağı öyrədə bilər.
Alpər
Şərhlər