Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.
APA xəbər verir ki, Abşeron rayonu ərazisində Dövlət
Yol Polisinin 4 postu qurulub.
Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin
olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir.
Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan
istifadə etmədiyi müəyyən olunub.
Abşeron rayon DYPŞ-nin baş inspektorunun verdiyi məlumata
görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri
əsasında cərimə edilib.
Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər)
protokol tərtib edilib.
<iframe width="100%" height="430" src="https://video.yenisabah.az/embed.php?vid=578848934" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Şərhlər