Xəbər lenti

Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi (VİDEO)
Ölkə 09:14 30.06.2020

Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi (VİDEO)

Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.

 

APA xəbər verir ki, Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin 4 postu qurulub.

 

Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.

 

Abşeron rayon DYPŞ-nin baş inspektorunun verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimə edilib.

 

Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->