Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi Əsgər Məmmədov vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə DGK-nın sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əsgər Məmmədov sədrin müşaviri təyin olunub.
Şahin Bağırovun digər əmri ilə polkovnik-leytenant Məmmədov Elvin Əli oğlu katibliyinin rəisi təyin edilib.
Aydın
Şərhlər