Xəbər lenti

Al Paçino özündən 53 yaş kiçik sevgilisindən ayrıldı
Maqazin 23:55 08.10.2024

Al Paçino özündən 53 yaş kiçik sevgilisindən ayrıldı

"Xaç atası"nın ulduzu Al Paçino gənc süvgilisi Noor Alfalla ayrılıb. 

Qaynarinfo xəbər verir ki, bu barəıdə "People" məlumat yayıb.

Aktyorun nümayəndəsi aydınlaşdırıb ki, Al Paçino və prodüser Noor Alfalla arasında indi yalnız dostluq əlaqəsi var. Onun sözlərinə görə, keçmiş sevgililər çox yaxşı dostdurlar və oğulları Romanı birlikdə böyütməyə davam edəcəklər.

Bir gün əvvəl 30 yaşlı Noor Alfalla başqa bir kişi - 68 yaşlı komediyaçı və aparıcı Bill Maranın yanında görüntülənib. Paparastsilər məşhurların Los-Ancelesdəki "Chateau Marmont" otelindən çıxarkən fotolarını çəkib. Bundan sonra Alfalla və Al Paçinonun ayrılması ilə bağlı ilk söz-söhbətlər ortaya çıxıb.

Ötən yay 84 yaşlı Al Paçino yenidən ata olub. Onun Noor Alfalladan dördüncü övladı dünyaya gəlib.

Heç vaxt rəsmi olaraq evlənməmiş Al Paçinonun aktyor müəllimi Jana Tarrantdan 35 yaşlı Culiya Mariya adlı qızı, aktrisa Beverli D'Anjelodan isə əkizləri - 24 yaşlı Anton Ceyms və Oliviya Rouz var.

Qeyd edək ki, Al Paçinonun 83 yaşı var və Noor Alfal ondan 53 yaş kiçikdir.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->