Xəbər lenti

Alimlər orbitdə
Dünya 23:54 09.12.2023

Alimlər orbitdə "görünməz" kosmik zibilləri izləmək üçün yeni üsul tapdı

Miçiqan Universitetinin (UMİCH) amerikalı alimləri kiçik ölçülərinə görə radarlara görünməyən kosmik tullantıların aşkarlanması probleminin həllini təklif ediblər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat elmi qurumun rəsmi saytında dərc olunub.

Avropa Kosmik Agentliyindən bildirilib ki, 2023-cü ilin noyabrına olan məlumata görə, Yerin orbitində ölçüsü 10 santimetrdən böyük olan təxminən 35,6 min ədəd izlənilən kosmik zibil olub. Bunlar köhnə peyklərin hissələri, istifadə olunmuş raket mərhələləri və müxtəlif dağıntılardır. Bununla belə, onlardan başqa, Yerə yaxın kosmosda radiodalğalar və teleskoplardan istifadə etməklə Yerdən aşkar edilə bilməyən 130 milyondan çox kiçik hissə var.

UMICH mütəxəssisləri müəyyən ediblər ki, iki cisim orbital sürətlə (30 min km/saata qədər) toqquşduqda onlar kifayət qədər güclü elektrik partlayışı əmələ gətirir və bu da yerüstü radioteleskoplar tərəfindən qeydə alınır.

Bundan əlavə, toqquşma zamanı kosmik zibil parçaları elektriklə yüklənir və digər yüklü fraqmentlərə yaxınlaşdıqda nəzərə çarpan qığılcımlar buraxmağa başlayır.

Alimlər qeyd ediblər ki, elektrik impulsları qısamüddətli və kifayət qədər zəifdir. Bununla belə, bu üsul ölçüsü 1 millimetrə qədər olan obyektlərin yerini müəyyən edə bilər ki, kosmik tullantıların radar monitorinqi üçün mövcud limitdən 100 dəfə kiçikdir.

Tədqiqatçılar təkcə elektrik siqnallarının koordinatlarını deyil, həm də materialın növünü və dağıntının formasını hesablayaraq texnikanı təkmilləşdirməyi gözləyirlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->