Xəbər lenti

Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi
Ölkə 17:18 25.10.2025

Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi

Azərbaycanlı tanınmış alim Zaur Əliyev ermənilərin təxribatı ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, Feysbuk hesabında yazıb.

"Ermənilər mənim məqalələrimdən şikayət ərizələri yazırlar. Məqalələrimin saytdan çıxarılmasını tələb edirlər. Beynəlxalq indeksli jurnallarda dərc etdirdiyim digər məqalələrə qarşı da hücumlara başlayıblar. Onların məktubu saytlarında dərc edilib və bu tək mənə yox, Azərbaycan həqiqətlərinə qarşı aparılan hücumların bir hissəsidir. Neçə vaxtdır mənim elmi məqalələrimə həqiqət axtaran alimlərin istinadlar verməsi onları qorxuya salıb. İnanıram ki, məqaləni çıxarda biləcəklər. Çünki onların gücü çoxdur. Arxalarında lobbi və diasporları var. Azərbaycan dövləti mənim arxamda dura biləcəkmi? Bax sual budur. Səsimiz və elmi əsaslarımız hər zaman belə olacaq? Təzyiqlər sayəsində həqiqətlərimiz susdurulacaq?

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası görəsən buna necə reaksiya verəcək? Bu, mənim siyasi elmlər doktoru adı almağıma sədlər çəkəcəkmi?

Düşmənin etdiklərinin elmi məqalər və kitablarla dünyaya çatdırılmasında rol oynadığımı nəzərə alıb, bax bu cür təzyiqlər altında fəaliyyət aparmağıma diqqət verib, mənə dəstək üçün bu elmi adı verəcəklərmi?”, alim qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->