Texnologiyaların, xüsusilə də süni intellektin sürətli inkişafı fonunda bir çoxları düşünür ki, bu yeniliklər Yer üzündəki həyata necə təsir göstərəcək və yaxın gələcəkdə planetimizi nə gözləyir? Əksər insanlar süni intellektin gətirə biləcəyi böyük faydanı qəbul etsə də, onun nailiyyətlərinə heyranlıq çox vaxt narahatlıqla müşayiət olunur - xüsusən də bu texnologiyanın qaranlıq tərəfləri nəzərə alınanda.
Qaynarinfo xəbər verir ki, bu şəraitdə "Amazon" şirkətinin qurucusu Ceff Bezos insan sivilizasiyasının gələcəyi barədə diqqətçəkən bir proqnozla çıxış edib. "UNILAD" nəşrinin məlumatına görə, o, nikbinliyini qoruyur və hesab edir ki, bəşəriyyət texnologiyaların qızıl dövrünün astanasındadır.
Məsələn, "OpenAI" şirkəti süni intellektin sürətli inkişafı səbəbindən hansı peşələrin yox ola biləcəyini müəyyənləşdirmək üçün araşdırmalar aparır. Tədqiqat nəticələrinə görə, 44 peşə ən yüksək risk qrupuna daxildir, çünki süni intellekt gündəlik həyata getdikcə daha fəal şəkildə inteqrasiya olunur.
"Belə bir zamanda yaşayıb ruhlanmamaq necə mümkündür, anlamıram", deyə Bezos "Italian Tech Week" tədbirində çıxışı zamanı bildirib. Onun fikrincə, yaxın onilliklərdə milyonlarla insan kosmosda yaşayacaq.
"Əminəm ki, qarşıdakı onilliklər ərzində milyonlarla insan kosmosda yaşayacaq. Proqres o qədər sürətli olacaq. Onların əksəriyyəti bunu öz istəkləri ilə edəcək. İnsanların mütləq kosmosda yaşamasına ehtiyac yoxdur: əgər Ay səthində və ya başqa yerdə iş görmək lazım olsa, ora robotlar göndərilə bilər — bu, insan göndərməkdən həm daha səmərəli, həm də daha ucuzdur", deyə o, süni intellektin təhlükələri barədə pessimist proqnozlara əhəmiyyət vermədiyini qeyd edib.
Bezos vurğulayıb ki, süni intellekt insanların həyatını daha yaxşı edə bilər. O, əlavə edib ki, təxminən 10 min il əvvəl kiminsə kotan ixtira etməsi bütün bəşəriyyətin rifahını artırıb. Onun sözlərinə görə, insanların yaratdığı alətlər ümumi rifahı yüksəldir və bu proses gələcəkdə də davam edəcək.
Aydın
Şərhlər