Xəbər lenti

Merkel Krımın ilhaqı zamanı Ukraynadan müqavimət göstərməməyi xahiş edib
Dünya 18:18 25.10.2025

Merkel Krımın ilhaqı zamanı Ukraynadan müqavimət göstərməməyi xahiş edib

Litvanın keçmiş Silahlı Qüvvələr baş komandanı bildirib ki, Almaniyanın sabiq kansleri Angela Merkel 2014-cü ildə Krımın ələ keçirilməsi zamanı Ukrayna hakimiyyətindən silahlı müqavimət göstərməməyi xahiş edib.

Litvanın sabiq Silahlı Qüvvələr baş komandanı və ölkənin NATO-dakı nümayəndəsi Yonasa Vytautas Zukas iddia edir ki, Almaniyanın keçmiş federal kansleri Angela Merkel Ukraynanın silahlı müqavimət göstərməməsinə təsir edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Welt" nəşri məlumat yayıb.

Zukasın sözlərinə görə, o, Krımın işğalı zamanı Kiyevdə olub və Ukraynanın o vaxtkı prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinovla görüşüb. Turçinov guya müqavimət göstərilməməsini "Merkelin telefon zəngi ilə etdiyi xahişlə” izah edib.

Merkelin ofisi bu iddiaları şərh etməkdən imtina edib və onun əvvəlki ictimai açıqlamalarına, eləcə də "Azadlıq” adlı xatirələr kitabına istinad edib.

Əlavə olaraq qeyd edilir ki, keçmiş kanslerin əvvəlki bəyanatları da son günlər mübahisə doğurub. Merkel bir müddət əvvəl bildirmişdi ki, Polşa və Baltik ölkələrinin 2021-ci ildə Putinlə danışıqlara qarşı çıxması dolayısı ilə onun bir il sonra aqressiyasına təkan verib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski bu fikrə cavab olaraq deyib ki, Polşa öz başı üzərində bağlanan razılaşmaları sevmir.

Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis isə qeyd edib ki, Merkel öz siyasi mirasına tənqidi yanaşmalı və addımlarının nəticələrinə görə məsuliyyəti digər dövlətlərin üzərinə atmamalıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->