19 oktyabrda Paisdəki Luvr muzeyinə daxil olan quldurlar cəmi yeddi dəqiqə ərzində Fransa kralları və imperatorlarının kolleksiyalarına aid qiymətli zinət əşyalarını oğurlayıblar. Mətbuat bu hadisəni "əsrin oğurluğu” adlandırıb.
Qayanrinfo xəbər verir ki, son yüz ildə bu ifadə dünyanın müxtəlif ölkələrində baş vermiş bir çox cəsarətli qarətlərə də aid edilib. Aşağıda tarixə düşmüş ən məşhur və qeyri-adi oğruluqların xronologiyası təqdim olunur.
Puçkin muzeyi
Oğurluq tarixi: 24 aprel 1927
Yer: Moskva, SSRİ
Oğurlananlar: Korredjonun "Müqəddəs ailə”si, Pizanonun "Məsihin qamçılanması”, Dolçinin "Yəhya İncil yazarı”, Tisianın "Budur insan”ı və Rembrandtın "Məsih” əsəri
Pasxa gecəsi muzeydən təxminən 1 milyon qızıl rubl dəyərində qədim rəsmlər oğurlanıb. Oğru kilsə zənglərinin sədası altında muzeyə girib və izi azdırmaq üçün "Məsih ölüdür, ölüm ilə həyat dirildi” yazılı bir qeyd buraxıb. Bu, cinayətin guya kilsə tərəfindən törədildiyi təəssüratı yaratmalı idi. Əsərlərdən bəziləri sonradan tapılsa da, məsələn Tisianın əsəri yalnız 2020-ci ildə uzun bərpadan sonra sərgiyə qaytarılıb.
Poçt qatarı
Oğurluq tarixi: 8 avqust 1963
Yer: Bakinhemişir, İngiltərə
Oğurlananlar: 2,3 milyon funt sterlinq
Ticarətçi Bryus Reynoldsun rəhbərlik etdiyi 15 nəfərlik dəstə "Böyük qatar qarəti” kimi tarixə düşən əməliyyatı cəmi yarım saatda həyata keçirib. Onlar semafor siqnalını saxtalaşdıraraq qatarı dayandırıblar və 120 kisə pulla uzaqlaşıblar. Oğrular sonradan ələ keçsə də, pulun çox hissəsi tapılmayıb.
Amerika Təbiət Tarixi Muzeyi
Oğurluq tarixi: 29 oktyabr 1964
Yer: Nyu-York, ABŞ
Oğurlananlar: 24 qiymətli daş, o cümlədən "Hindistan Ulduzu” safiri
Muzeyin pəncərələri havalandırma üçün açıq qaldığından, oğrular asanlıqla içəri daxil olub, 410 milyon dollarlıq zinət daşı kolleksiyasını aparıblar. Onlar tezliklə yaxalansa da, bir müddət sonra yenidən qaçmış, lakin yenə tutulublar.
Nihon Şintaku Ginko
Oğurluq tarixi: 10 dekabr 1968
Yer: Tokio, Yaponiya
Oğurlananlar: 294 milyon yen
Polis formasında olan şəxs bank işçilərini "partlayış təhlükəsi” bəhanəsi ilə maşından endirib, sonra isə özü avtomobili qaçırıb. Bu, Yaponiyanın tarixində ən böyük və bu günə qədər açılmamış oğurluq hesab olunur.
Societe Generale
Oğurluq tarixi: 8 iyul 1976
Yer: Nitsa, Fransa
Oğurlananlar: 46 milyon frank
Albert Spadjari rəhbərliyindəki quldurlar kanalizasiya sistemindən 8 metrlik tunel qazaraq bankın seyfinə daxil olublar. Onlar iki gün ərzində 370 seyfi açmış, gedərkən isə "Silahsız, nifrətsiz, qəddarlıqsız” yazısı qoyublar.
Milli Antropologiya Muzeyi
Oğurluq tarixi: 25 dekabr 1985
Yer: Mexiko, Meksika
Oğurlananlar: 124 qədim artefakt
İki baytarlıq tələbəsi 50 dəfə muzeyi ziyarət edərək plan hazırlayıb və Milad gecəsi havalandırma sistemi ilə içəri giriblər. Onlar qədim Maya və Astek mədəniyyətlərinə aid əşyaları aparıblar. Əsas cinayətkar Karlose Perçes Trevino tutulub, lakin sonradan öldürülüb.
İzabella Stüart Qardner muzeyi
Oğurluq tarixi: 18 mart 1990
Yer: Boston, ABŞ
Oğurlananlar: 13 incəsənət əsəri, o cümlədən Rembrandt və Vermeer tabloları
Polis forması geyinmiş iki şəxs muzeyə daxil olaraq mühafizəçiləri "həbs edib”, 500 milyon dollarlıq əsərləri oğurlayıb. Əsərlər hələ də tapılmayıb, muzey isə məlumat üçün 10 milyon dollar mükafat təklif edir.
Milli Qalereya və Munk muzeyi
Oğurluq tarixi: 12 fevral 1994 və 22 avqust 2004
Yer: Oslo, Norveç
Oğurlananlar: Edvard Munkun "Qışqırıq” və "Madonna” əsərləri
İlk oğurluq 50 saniyəyə baş verib, ikinci dəfə isə 2004-cü ildə silahlı şəxslər günorta saatlarında muzeyə girərək əsərləri aparıblar. Hər iki dəfə tablolar sonradan tapılıb.
İraq Mərkəzi Bankı
Oğurluq tarixi: 18 mart 2003
Yer: Bağdad, İraq
Oğurlananlar: 920 milyon ABŞ dolları
Səddam Hüseynin oğlu Kusay Hüseyn bankdan təxminən 1 milyard dollar nağd vəsait çıxarıb. Pulun bir hissəsi sonradan Hüseynin saraylarında tapılıb.
Northern Bank
Oğurluq tarixi: 20 dekabr 2004
Yer: Belfast, Şimali İrlandiya
Oğurlananlar: 26,5 milyon funt sterlinq
Quldurlar bank menecerlərinin ailələrini girov götürərək onları seyfi açmağa məcbur ediblər. Hadisə İrlandiya Respublikası Ordusu ilə əlaqələndirilsə də, cinayət sübuta yetirilməyob.
Braziliya Mərkəzi Bankı
Oğurluq tarixi: 6 avqust 2005
Yer: Fortaleza, Braziliya
Oğurlananlar: 164 milyon real
78 metrlik tunel qazaraq banka daxil olan quldurlar 3,5 ton nağd pulu oğurlayıblar. 36 nəfərdən 27-si tutulsa da, pulun böyük hissəsi tapılmayıb.
G4S şirkəti
Oğurluq tarixi: 23 sentyabr 2009
Yer: Vestberq, İsveç
Oğurlananlar: 1 milyard İsveç kronu
Quldurlar vertolyotla binanın damına enərək pulları aparıb, polis vertolyotlarının uçuşuna mane olmaq üçün saxta "bomba” çantaları qoyublar. Əsas iştirakçılar 8 il həbs cəzası alıblar.
Tretyakov qalereyası
Oğurluq tarixi: 27 yanvar 2019
Yer: Moskva, Rusiya
Oğurlananlar: Arxip Kuindjinin "Ay-Petri. Krım” əsəri
Quldur əsəri sərgi zalından sadəcə divardan çıxararaq aparıb. O, ertəsi gün yaxalanıb və 3 il həbs cəzası alıb.
Drezden saray-rezidensiyası
Oğurluq tarixi: 25 noyabr 2019
Yer: Drezden, Almaniya
Oğurlananlar: XVIII əsrə aid 110 milyon avro dəyərində zinət əşyaları
Quldurlar elektrik sistemini söndürərək muzeyə girib və unikal zərgərlik məmulatlarını aparıblar. 2023-cü ildə beş nəfər uzunmüddətli həbs cəzası alıb, bir hissə əşyalar qaytarılıb.
Britaniya muzeyi
Oğurluq tarixi: 1993–2022
Yer: London, İngiltərə
Oğurlananlar: Təxminən 2 min artefakt
30 ilə yaxın müddətdə muzeyin əməkdaşı qədim yunan və Roma dövrlərinə aid zinət əşyalarını oğurlayaraq "eBay”da satıb. Zərərin ümumi məbləği 102 milyon dollar olub. 2024-cü ildə muzey onu məhkəməyə verib.
Aydın
Şərhlər