Xəbər lenti

İdman 15:10 14.02.2023

"Şamaxı" Bakıya köçdü

"Şamaxı" bəyanat yayıb.

Qaynarinfo xəbər verir ki, Premyer Liqa təmsilçisi bəyanatda bir neçə məsələ ilə bağlı məlumatı çatdırıb. Məlumata görə klub son olaraq heyətinə 6 gənc futbolçu qatıb. Bundan əlavə komandanın kəskin hava şəraiti ilə əlaqədar hazırlıqlarını Bakıda keçirdiyi də bildirilir. 

Bəyanatı nəzərinizə çatdırırq:

"Cari mövsümün əvvəlindən klub rəhbərliyi yeni bir strategiya müəyyən edərək yalnız gənc və təcrübəli yerli futbolçulara etimad göstərib, onları Azərbaycan futboluna qazandırmaq üçün çalışır. Bəzi futbol mütəxəssisləri bu strategiya ilə uğur qazanmağın çətin olacağını təxmin etsələr də, çempionatın II dövrəsində komandanın oyunu və nəticələri futbol ictimaiyyətini kifayət qədər təəccübləndirməyi bacardı. Qış fasiləsindən sonra da klubumuz öz strategiyasını davam etdirir, komandamıza gənc və perspektivli 6 yerli futbolçu cəlb olunub. Hal-hazırda bu transferlərin komandaya uyğunlaşması və oyun üslubunu mənimsəməsi üçün müəyyən bir vaxt lazımdır.

Son bir neçə həftədə Şamaxıda davam edən kəskin soyuq və qarlı hava şəraiti ilə əlaqədar komandamız hazırlıqlarını Bakıda davam etdirir. Bu da Şamaxıdakı bazamızda həkim nəzarəti ilə həyata keçirilən qidalanma və tibbi prosedurların, həmçinin əhatəli və kompleks məşq proqramının tam icra olunmasına mane olur.

Buna baxmayaraq məşqçilər və inzibati heyətimiz mövsümün əvvəlində qarşıya qoyulan plan üzrə işlərini davam etdirir. Yaxın günlərdə komandamız hər bir şəraiti olan bazamıza qayıdaraq əvvəlki qaydada hazırlıqlarına davam edəcək.
Həm rəhbərlik, həm də məşqçilər heyəti tək məqsəd üçün çalışır, komanda daxilində gözəl ailə ab-havası və yüksək əhval-ruhiyyə var. Bu əzmlə davam edən çalışmaların ardından nəticələrin daha da yaxşı olacağına əminik".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->