Şamaxı sakini: "Bərbad küçələrə sahib çıxan qurum tapılmır" (VİDEO)
Yağan güclü yağış Şamaxının küçələrini keçilməz edib.
Yağıntı əsasən M.Ə.Rəsulzadə, A.M.Şərifzadə, Gənclər və Bakı küçələrinə ziyan vurub.
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, problem həll olunmayıb:
"Küçələrin vəziyyəti bərbad haldadır. Vaxtında düzəltsə idilər, belə olmazdı. Şamaxıda kanalizasiya sistemi həmişə yaxşı işləyib. Amma indi baxan yoxdur”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər