Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qurultay çağırıb.
"Report" xəbər verir ki, bununla bağlı qərar partiyanın Mərkəzi Şurasının iclasında qəbul edilib.
İclasda AMİP-in sədr əvəzi Arzuxan Əlizadə AMİP-in növbəti XI qurultayının çağırılması ilə bağlı məsələni müzakirəyə çıxarıb. Müzakirələrdən sonra qurultayın çağırılması ilə bağlı qərar qəbul olunub. Qurultayın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirmək AMİP Siyasi Şurasına həvalə edilib.
Şərhlər