Xəbər lenti

Texnologiya 22:15 04.09.2024

"Apple" "iPhone 15 Pro" və bu modelləri satışdan çıxarır (SƏBƏB)

"Apple" "iPhone 16" seriyasının elanından sonra ən azı 10 milyon cihazın satışını dayandırmağı planlaşdırır. Ənənəvi olaraq, hər payız şirkət bir sıra qadcetlərin satışını dayandırır, onları yeni modellərlə əvəz edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "MacRumors" yazıb.

Satışdan çəkilməyə ilk namizədlər arasında müvafiq olaraq "iPhone 16 Pro" və "iPhone 16 Pro Max"a yol verəcək "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" var. Həmçinin "iPhone 14 Plus"ın satışının dayandırılacağı gözlənilir - sırada yalnız "iPhone 14" qalacaq.

Bundan əlavə, "Apple" şirkətin onlayn mağazasında brendin ən köhnə telefonu olan "iPhone 13"ün istehsalını birdəfəlik dayandırmağı planlaşdırır. Yeni "iPad mini"nin qarşıdan gələn buraxılışı ilə əlaqədar altıncı nəsil planşet də dayandırılacaq.

Bundan əlavə, "Apple Watch 9", "Apple Watch Ultra 2" və "Apple Watch SE 2" modellərinin istehsalı dayandırılaraq yeni smart cihazlarla əvəz olunacaq. "AirPods 2" və "AirPods 3" də köhnəlmiş hesab olunacaq və yerini "AirPods 4"ə verəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->