Xəbər lenti

“Archico” tikinti şirkətinin işçisi faciəli şəkildə öldü
Ölkə 17:43 17.09.2024

“Archico” tikinti şirkətinin işçisi faciəli şəkildə öldü

Sumqayıtda "Archico” tikinti şirkətinin işçisi faciəli şəkildə ölüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov qəsəbə ərazisində çalışdığı şirkət tərəfindən həyata keçirilən təmir işləri zamanı beşmərtəbəli binanın dam örtüyündən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, "Archico” MMC-nin bu ilin yanvar ayında daha bir işçisi (1977-ci il təvəllüdlü Nazim Bağırov) Sumqayıt şəhəri ərazisində kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->