"Qalatasaray” öz meydanında "Başakşehir”ə 1-0 məğlub olduğu oyunda Fatih Terim - Arda Turan görüşü daha çox diqqət çəkib.
Qaynarinfo xəbər verir ki, oyun başlamamış Arda münasibəti korlanmış köhnə məşqçisinin yanına gedərək onun əlini öpüb və Fatih Terimə uğurlar diləyib.
Oyunun sonunda Fatih Terim Ardayla bağlı verilən sualı belə cavablandırıb:
"Çox təəccübləndim, düzü, gözləmirdim. Ovladlar bəzən bizi hirsləndirir, bəzən təəccübləndirir, bəzən də duyğulandırırlar. Bu gün tanıdığım o köhnə Ardanı gördüm sanki. Açığı, mən də çox təsirləndim. İnşallah onun da əl öpənləri çox olar. Mənim yetişməsində rol oynadığım Arda bu Ardadır. Bu Arda insanın qəlbinə də girər, təbii ki, könlünə də girər. O vaxt o söylədiklərimə layiq idisə, bu gün də bu dediklərimə layiqdir”.
Fatih Terimlə Arda Turanın bu görüşməsi sosial mediyada da müzakirə mövzusu olub. Sarı-qırmızılı azarkeşlər bu fotodan Ardanın geri qayıdacağının siqnalını alıblar.
Xatırladaq ki, Fatih Terimlə Arda Turanın arası AVRO 2016-da Milli komandanın təlim-məşq bazasında baş verən mübahisədən sonra soymuşdu.
Alpər
Şərhlər