"Fənərbaxça” klubunda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə prosesi yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, səsvermə saat 11:00-da başlayıb və 18:00-da başa çatıb.
Müşahidə şurasının sədri Şekip Mosturoğlu, seçkilərdə ümumilikdə 24 min 800 nəfərin səs verdiyini açıqlayıb.
Səsvermə nəticəsində Sadettin Saran İstanbul klubunun yeni prezidenti olub.
Ali Koç 12068, Sadettin Saran 12325 səs toplayıb.
Şərhlər