Xəbər lenti

Azərbaycan Premyer Liqasında mövsümün rekordu
İdman11:45 22.09.2025

Azərbaycan Premyer Liqasında mövsümün rekordu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.
Qaynarinfo Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, V turda 18 qol vurulub.
Baş tutan 6 oyunda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, mövsümün rekordudur. Cari mövsümdə ilk dəfə orta göstərici 3,00 və ya daha yüksək olub.
Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün XXXI turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub.
Qeyd edək ki, V turda "Qarabağ" "Araz-Naxçıvan"ı 5:0, "İmişli" "Karvan-Yevlax"ı, "Qəbələ" "Kəpəz"i 3:0, "Neftçi" "Sumqayıt"ı, "Sabah" "Turan Tovuz"u 2:0, "Zirə" "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.