Xəbər lenti

Argentinalı deputat:
İdman 20:35 20.07.2024

Argentinalı deputat: "Fransa yığması Afrika komandasına bənzəyir"

Argentina Deputatlar Palatasının üzvü Liliya Lemuan Fransa millisi haqqında irqçi mahnı oxuyan Argentina milli futbol komandasının oyunçularını müdafiə edib.

Qaynarinfo bu barədə "Ambito" portalına istinadən xəbər verir. 

"Argentinalılar irqçi deyillər. Avropa ölkəsinin Afrika komandasına bənzər bir komanda toplaması heyrətamizdir", deyə deputat bildirib.

Qeyd edək ki, Argentina milli futbol komandasının üzvləri Fransa millisi haqqında irqçi mahnı oxuyublar. Sözügedən hadisə Argentinanın 2024-cü ildə Amerika Kubokunun finalında qələbə qazanmasından sonra baş verib. Video internetdə Argentina millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes tərəfindən yayımlanıb. Mahnıda deyilir: "Onlar Fransa üçün oynayırlar, amma hamı Anqoladan gəlir. Onların anaları nigeriyalı, ataları kamerunlıdır, lakin pasportlarında "fransız” yazılıb".

Fransa Futbol Federasiyası futbolçuların bu cür davranışları ilə bağlı FIFA-ya şikayət etmək və Argentina federasiyasına məktub göndərərək tədbir görülməsini xahiş etmək niyyətindədir.

İyulun 17-də Argentinanın idman nazirinin müavini Xulio Qarro bildirib ki, Lionel Messi Fransa milli komandasına ünvanlanan irqçi şüarlara görə üzr istəməlidir. Bundan sonra ölkə rəhbərliyi məmuru istefaya göndərmək qərarına gəlib. 

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes Argentina yığmasının oyunçularının Amerika Kubokunu qazandıqdan sonra ifa etdikləri irqçi mahnı ilə yaşanan qalmaqaldan danışaraq, futbolçuların hörmətsizlik göstərmək istəmədiyini bildirib: "Düşünürəm ki, bu qalmaqal yoxdan yaranıb. Təbii ki, heç kimə hörmətsizlik etmək istəməzdik. Biz irqçi ölkə deyilik".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->