Xəbər lenti

Atatürkün adını daşıyan, dünyanın ikinci ən böyük kanyonunun yerləşdiyi Kamaliyyə (FOTO/VİDEO)
Video 12:58 18.11.2023

Atatürkün adını daşıyan, dünyanın ikinci ən böyük kanyonunun yerləşdiyi Kamaliyyə (FOTO/VİDEO)

Bu günlərdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı qardaş ölkəyə jurnalistlərin növbəti səfəri reallaşıb. Bu dəfə media təmsilçiləri İstanbul, Ərciyəs, Ərzincan və Tuncelidə səfərdə olub. Səfərdə Azərbaycan, Qırğızıstan, Bolqarıstan, Bosniya və Herseqovinadan olan jurnalistlər iştirak edib.

Jurnalistlər səfər çərçivəsində Ərzincan vilayətinin doqquz rayonundan biri olan - əvvəllər Eğin adlanan Kamaliyyədə olub. 

UNECSO-nun Ümumdünya İrs Siyahısına daxil edilən tarixi Kamaliyyə Şərqi Anadolu bölgəsinin şimal-qərb sərhəddində və Ərzincan vilayətinin cənub-qərbində yerləşən Munzur dağlarının qərbindəki Karasu vadisində qurulmuş bir rayondur. Rayonun ərazisi 1168 km²-dir.



Region, bizim eradan əvvəl II əsrə qədər uzanan tarixində Assur, Yunan-Fars və Roma-Bizans hökmranlığı altında olub. 1058-ci ildə bölgədə türk boyları məskunlaşəıb. Daha sonra Kamaliyyə də daxil olmaqla bölgənin Anadolu Səlcuqlu dövləti, İlxanlılar dövləti və Ağqoyunluların hakimiyyəti altına keçdiyi görülür. Sultan Çələbi Mehmed dövründə bölgə Osmanlı torpaqlarına birləşdirilib. 

Rayon 1922-ci ilə qədər Eğin olaraq tanınıb. Qurtuluş savaşı zamanı Atatürkə sədaqətini bildirmək üçün göndərdiyi teleqramda 500 atlı ilə yanında olacağını bildirməsindən sonra Atatürk "Eğinlilər, siz kamil bir xalqsınız. Bu səbəbdən adımı sizə verirəm" deyməsindən sonra rayon Kamaliyyə adını alıb.



Əslində, Kamaliyyə həm Türkiyədə, həm dünydada indiyədək lazımınca tandılmayan, ancaq beynəlxalq aləmdə turistlərin böyük diqqətini çəkmiş tarixi məkandır. Türkiyə hökuməti vəziyyəti anlayaraq, son illər bu bölgənin turizminin inkişafına böyük diqqət ayrırıb. Elə bu səbəbdən də son vaxtlar bu rayonda çoxlu beynəlxalq su idmanı yarışları keçirilir. Bunun üçün çox gözəl şərait da mövcuddur. Kamaliyyədəki ecazkar kanyon və hündür qayalar rafting və digər idman yarışları üçün uyğundur.



Kamaliyyə deyiləndə ağıla ilk gələn yer şübhəsiz ki, buranın Qaranlıq Kanyon adlanan məkanıdır. Bu yer təkcə Türkiyədə deyil, bütün dünyada turistlərin görmək istədiyi məşhur məkan sayılır. ABŞ-dakı məşhur Böyük Kanyondan sonra dünyanın ikinci ən böyük kanyonu olan Qaranlıq Kanyon Türkiyənin ecazkar təbiət möcüzəsidir. Hər iki tərəfi 400-500 metr hündürlüyündə sıldırım qayalıq yamaclardan ibarət kanyonda turistlər üçün qayıq turları da təşkil olunur. 


Özünəməxsus memarlıq xüsusiyyətləri ilə diqqət çəkən Kamaliyyə evləri hər il minlərlə yerli və xarici turistləri qonaq edir. Bu evlərin ən gözəl nümunələrini rayon mərkəzində və Apçağa, Başpınar, Ergü, Ocak, Salihli, Sırakonak, Yeşilyamaç, Yeşilyurt və Yuva kəndlərində görmək mümkündür. Burada yaşı 500 ilə dayanan tikililər mövcuddur. 

Kamaliyyənin bənzərsiz mənzərəsini seyr edə biləcəyiniz ən gözəl yer Şahin təpəsi hesab olunur. Burada yerləşən obyektdə özünüzə kofe sifariş verib, möhtəşəm mənzərədən həzz ala bilərsiniz. Təpəyə gedərkən keçəcəyiniz Mani yolunda yerli manisləri də görəcəksiniz.

Kadıgölü qəsəbənin mərkəzində yerləşən Daşdibi və Orta məscidləri arasında yerləşən təbii bulaqdır. Kamaliyyənin əsas içməli su mənbəyi olan Kadıgölü bulağı sakinləri içməli su ilə təmin etməklə yanaşı, qəsəbədəki üzüm bağlarına da həyat verir. 

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) nəzdində Kamaiyyə qəsəbəsində fəaliyyət göstərən Təbiət Tarix Muzeyində bioloji və geoloji nümunələr qorunub saxlanılır. Muzey türkiyəli tanınmış bioloq, professor Ali Demirsoyun adını daşyır. Muzeyi ziyarət edən insanlar burada geniş məlumatlara sahiblənirlər. Muzeyin ən böyük özəlliyi isə pulsuz olmasıdır. Bu isə turistlərin buraya axınını cəlbedici edir.

Pərvin

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->