Suriya-Türkiyə sərhədi yaxınlığında baş verən atışma nəticəsində Türkiyənin Hatay vilayətində məskunlaşmış yeddi suriyalı qaçqın yaralanıb.
Trend-in məlumatına görə, atışma Azad Suriya Ordusu və hökumət qoşunları arasında olub.
Daha əvvəl verilən məlumata görə, Türkiyə ərazisində məskunlaşmış suriyalı qaçqınların sayı təqribən 500 min nəfərdir.
Şərhlər