Dünya 18:11 13.05.2022

Avropa Birliyi Ukraynaya hərbi yardımını 2 milyard avroya çatdırdı

Avropa Birliyi Ukraynaya hərbi dəstəyini 500 milyon da artıraraq ümumi 2 milyard avroya çatdırıb.

Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə AB xarici işlər naziri Cozef Borel deyib.
 
"Mən Avropa Birliyi olaraq Ukraynaya yeni - 500 milyon avroluq hərbi yardım ayırdığımızı elan edəcəyəm”, - Cozef Borel deyib.

Maliyə Avropa Birliyinin Avropa Sülh Qurumu adlanan hərbi yardım büdcəsindən ayrılır. Bu, indiyə kimi ayrılmış 4-cü belə paketdir.

Yeni paketin Avropa Birliyi ölkələri tərəfindən təsdiqlənməsi lazımdır. Avropa Şurası başçısı Şarl Mişel öz Twitter paylaşımında Borelin yeni yardım paketi elanını dəstəklədiyini bildirib.

Borel həmçinin ümid etdiyini bildirib ki, Avopa Birliyinin Rusiyaya qarşı neft embarqosu məsələsi gələn həftə öz həllini tapacaq. 

Nurlan Hüseynov