Avropa İttifaqı Yunanıstana 1,15 milyard avro yardım ayırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə miqrant siyasəti üzrə nazir Dimitris Vitsas məlumat verib. Yardımın məqsədi ölkədəki miqrant problemini həll etməkdir. 2015-ci ildən bəri Yunanıstandan 1 milyon miqrant keçib və hazırda ölkədə yaşayanların sayı 70 mindir.
Məbləğ 2020-ci ilə qədər veriləcək. Yardımın 388 milyard avrosu təcili yardım fondu kimi humanitar təşkilatlardan alınıb.
Gülşən
Şərhlər