Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da mərhələnin cavab matçına çıxıb.
Qurban Qurbanovun komandası Bolqarıstanda ÇSKA-nın qonağıdır. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
Bakıda oynanılan ilk qarşılaşmada komandalar qolsuz heç-heçə edib.
Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Şerif” (Moldova) – "Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. "Makkabi" ilk oyunda 5 cavabsız qolla qalib gəlib.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
30 iyul
22.00 ÇSKA (Bolqarıstan) - Qarabağ (Azərbaycan) 0:0
ÇSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy.
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto.
Baş məşqçi: Xristo Yanev.
Qarabağ: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Bran van Den Dries, Mişel Seldrayers, İv De Neve, Kevin Van Damm (Belçika).
VAR: Bert Put (Belçika).
AVAR: Uesli De Kremer (Belçika).
Sofiya. Vasili Levski Milli Stadionu.
Şərhlər