Xəbər lenti

Məşhur prodüser 100 milyon dollarlıq maliyyə piramidası yaratmaqda ittiham olunur
Dünya 18:24 30.07.2026

Məşhur prodüser 100 milyon dollarlıq maliyyə piramidası yaratmaqda ittiham olunur

"Coker", "Babil" və "Ghostbusters: Afterlife" filmlərinin prodüseri Ceyson Klot təxminən 100 milyon ABŞ dolları məbləğində maliyyə piramidası yaratmaqda ittiham olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Məlumata görə, prodüserə elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluqla bağlı yeddi epizod üzrə ittiham irəli sürülüb.

İstintaqın versiyasına əsasən, investorlar Klota film layihəsi və oyun platformasının hazırlanması üçün vəsait ayırıblar. Lakin o, həmin pulları Kanadada daşınmaz əmlak layihəsinə investisiya qoymuş şəxslərə kompensasiyaların ödənilməsinə yönəldib.

İnvestorların vəkili Aleksandr Loftusun sözlərinə görə, Klot yeni investorları cəlb etmək üçün "Coker" filminin uğurundan istifadə edib.

"Onun əsas arqumenti bu idi ki, guya "Coker" filminə sərmayə qoyub və layihə böyük maliyyə uğuru qazanıb. Lakin o, investorlara tələbatın təklifdən xeyli çox olduğunu deməyib və onları aldadıb. O, hər dəfə əvvəlki layihənin xərclərini ödəmək üçün yeni layihədən istifadə edib", deyə vəkil bildirib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->