Xəbər lenti

Foto 11:00 17.07.2023

"Avrora Qrup"un baş sponsorluğu ilə keçirilən “Zəfər Kuboku”nun qalibləri müəyyənləşib

15-16 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə "Zəfər Kuboku”nun oyunları keçirilib.

"Avrora Qrup"un baş sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının (AVF) dəstəyi ilə gerçəkləşən turnirin oyunları Qusar Olimpiya İdman Kompleksində keçirilib. 

42 jurnalist, 6 komanda ilə baş tutan turnir gərgin oyunlarla yadda qalıb. Sonda komandalar arasında ən güclü "Şuşa” olub və birincilik kürsüsünə qalxıb. 

Sonda mükafatlandırma mərasimi keçirilib. Çempion komandaya kubok və qızıl medallar, iki və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın voleybolçusu Anar Məmmədov isə xüsusi mükafata layiq görülüb.

Zəfər Kuboku oyunları:

15 iyul
A qrupu
"Füzuli" - "Suqovuşan" - 0:2
"Xankəndi" - "Suqovuşan" - 0:2 
"Füzuli" - "Xankəndi" - 0:2 

B qrupu
"Kəlbəcər" - "Şuşa" - 0:2 
"Zəngilan" - "Şuşa" - 0:2 
"Kəlbəcər" - "Zəngilan" - 2:0

16 iyul
Yarımfinallar
10:00. "Suqovuşan" - "Kəlbəcər" - 0:2
11:00. "Xankəndi" - "Şuşa" - 0:2
3-cü yer uğrunda görüş
12:00. "Suqovuşan" - "Xankəndi" - 1:2
 
Final
13:00. "Şuşa" - "Kəlbəcər" - 2:0

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->