Xəbər lenti

Avstriya kansleri Makronun Ukrayna ilə bağlı mövqeyi ilə razılaşmır
Dünya 14:56 06.04.2024

Avstriya kansleri Makronun Ukrayna ilə bağlı mövqeyi ilə razılaşmır

Avstriya kansleri Karl Nehammer bildirib ki, onun Ukraynadakı münaqişə ilə bağlı mövqeyi Fransa prezidenti Emmanuel Makronun mövqeyindən fərqlənir. Onun sözlərinə görə, Makron "təhdid prinsipinin tərəfdarıdır”, kansler isə "ehtiyat prinsipinin tərəfdarıdır”. Eyni zamanda, hər ikisi Ukraynaya dəstək və həmrəylik məsələlərində razılaşırlar, Nehammer qeyd edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Le Figaro” nəşrinə müsahibəsində danışıb.

"Biz həmçinin hesab edirik ki, münaqişə tərəflərinin bir-biri ilə yenidən ünsiyyət qurması formatına ehtiyac var. Bunun əsası Volodimir Zelenskinin sülh planıdır. Ona görə də biz davamlı sülhün bərqərar olması məqsədi ilə razıyıq. Razılaşmadığımız yer bu məqsədə çatmaq üçün yol seçimindədir. Mən də hesab edirəm ki, nəzarətsiz eskalasiyadan qaçmaq üçün ehtiyat prinsipini tətbiq etməliyik”, - Avstriya kansleri bildirib. 

Xatırladaq ki, fevralın 26-da Avropa İttifaqı liderləri ilə görüşdən sonra Fransa prezidenti Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini istisna etməyib. Onun ideyası geniş dəstək almayıb - Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Çexiya və İsveç də daxil olmaqla əksər Avropa ölkələri hərbi personal göndərməkdən imtina etdiklərini elan ediblər. "The Wall Street Journal”ın yazdığına görə, Emmanuel Makron Almaniya kansleri Olaf Şolts və ABŞ prezidenti Co Baydeni Rusiya ilə münasibətlərdə "bütün hərbi variantları” masada saxlamağı təklif edib, lakin Şolts və Bayden bu mövqeyi bəyənməyiblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->