Rusiya Federasiyası ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş avtoritar rejimlər arasında artan ahəngdarlığı göstərir və demokratiyaların birliyinin vacibliyini vurğulayır.
Qaynarinfo xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq
bildirib.
Xatırladaq ki, Putin Şimali Koreya lideri Kim Çen İnlə müdafiə sahəsində qarşılıqlı öhdəliklər də daxil olmaqla Kremlin Pxenyanla bağlı siyasətini ciddi şəkildə dəyişdirən saziş imzalayıb.
Stoltenberq bildirib ki, Şimali Koreya Rusiya Federasiyasına "böyük miqdarda sursat” verib, Çin və İran isə Ukraynaya qarşı müharibədə Rusiyanın hərbi-sənaye kompleksinə əhəmiyyətli dərəcədə kömək edir.
"Biz dərk etməliyik ki, avtoritar güclər getdikcə daha çox birləşirlər. Onlar bir-birini əvvəllər heç vaxt görmədiyimiz şəkildə dəstəkləyirlər", - Stoltenberq bildirib.
"Şimali Koreya, Çin, İran, Rusiya kimi avtoritar rejimlərin getdikcə birləşdiyi bir vaxtda bizim - azadlıq və demokratiyaya inanan ölkələr kimi birliyimiz daha vacibdir”, - o deyib.
Nəşr qeyd edib ki, Rusiya Federasiyası ilə digər Asiya ölkələri arasında təmasların dərinləşməsi Asiya-Sakit okean regionunda müttəfiqlərlə əməkdaşlığın NATO üçün getdikcə daha çox əhəmiyyət kəsb etməsi deməkdir.
İyunun 19-da Rusiya diktatoru Putin Pxenyana səfər edib. Qərb mediasının müşahidəçilərinin fikrincə, bu səfər NATO-ya və bütövlükdə Qərbə açıq-aşkar düşmən münasibət bəsləyən nüvə ittifaqının yaradılmasının həyəcanverici əlamətidir.
Ağ Ev Putinin KXDR-ə səfərini və onun lideri Kim Çenlə saziş imzalamasını "tərəfdaşlığın genişləndirilməsi” kimi qiymətləndirir.
Alpər
Şərhlər