Xəbər lenti

Avtoşluq edən şəxs:
Ölkə 16:45 13.05.2024

Avtoşluq edən şəxs: "Akumlyatorun "zaryadka" yığması üçün etdim..."

Qobustan şəhərində avtoşluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 4 aprel 1996-cı ildə Qobustan rayonunda anadan olmuş Samir "VAZ 21063" markalı 52 BF 712 qeydiyyat nişanlı avtomobillə şəhərdə avtoşluq etdiyinə görə saxlanılıb. 

O, avtomobilin arxa təkərlərini qəfildən sürətləndirərək müxtəlif səslər çıxardığı üçün barəsində 511.1.3-ci maddəsi protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Samir məhkəmə əməlini etiraf edərək bildirib ki, axşam saat 21:30 radələrində Qobustan şəhəri, H. Əliyev prospektində yerləşən "OBA” marketin qarşısında etibarnamə ilə idarə etdiyi "VAZ 21063” markalı 52BF712 qeydiyyat nişanlı maşın xarab olub. Orada olan bir neçə şəxsdən maşını itələmələrini xahiş edib. İnsanların köməyi ilə maşın işə düşdükdən sonra Samir onu sürətlə sürməyə başlayıb. O, akumlyatorun "zaryadka" yığması üçün avtomobilinə qaz verdiyini deyib.

Məhkəmənin qərarı ilə Samir 15 gün müddətinə həbs edilib.  

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->