Xəbər lenti

UEFA rəhbəri
İdman 19:11 23.05.2024

UEFA rəhbəri "Real Madrid" prezidentini irqçi və axmaq adlandırıb

UEFA prezidenti Aleksander Çeferin İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubialeslə yazışarkən "Real Madrid"in prezidenti Florentina Peresi axmaq adlandırı.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Objective" məlumat yayıb.

Yazışmalar 2019-cu ildə baş tutub. Rubiales Super Liqa qarşıdurmasında Çeferini dəstəklədiyini, lakin mövqeyinin sarsıla biləcəyindən qorxaraq Pereslə açıq konfliktə gedə bilməyəcəyini deyib.

"Mən onunla danışmaq istəmirəm. Peres axmaq və irqçidir. Vəziyyəti mənim üçün yumşaltmağa ehtiyac yoxdur, buna ehtiyac duymuram. Mən sadəcə səndən güclü qalmağını istəyirəm", deyə Çeferin Rubialesə yazıb.

Qeyd edək ki, 2021-ci il aprelin 19-na keçən gecə İngiltərənin "Mançester Yunayted”, "Liverpul”, "Mançester Siti”, "Arsenal”, "Çelsi”, "Tottenhem”, İspaniyanın "Real Madrid", "Barselona”, "Atletiko”, İtaliyanın "İnter”, "Milan” və "Yuventus” klubları Super Liqanın yaradılmasını elan ediblər. Lakin bir neçə gün ərzində əksər klublar turniri tərk etdiklərini açıqlayıb. FIFA və UEFA turnirə qadağa qoyub. 2023-cü il dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın Super Liqanı qadağan etmək qərarını qanunsuz elan edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->