Xəbər lenti

İdman 18:11 23.05.2024

"Barselona"nın yeni baş məşqçisinin adı açıqlandı

"Bavariya"nın keçmiş baş məşqçisi Hans-Diter Flik Xavini "Barselona"nı baş məşqçisi postunda əvəz edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə danışıb.

Bundan əvvəl Flik Londonda "Çelsi"yə rəhbərlik etməkdən imtina etmişdi.

Qeyd edək ki, Flik 2019-2021-ci illərdə "Bavariya"nı çalışdırıb. Komanda onun rəhbərliyi altında 2019/20 mövsümündə Almaniya çempionluğunu, kubokunu, Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublar arası dünya çempionatını qazanıb. "Bavariya" 2020/21 mövsümündə də Bundesliqanın qalibi olsa da, baş məşqçi komandadan ayrılaraq Almaniya millisini çalışdırmağa başlayıb və 10 sentyabr 2023-cü ildə istefaya göndərilib. Almaniya onun altında Qətərdə keçirilən dünya çempionatında uğursuz çıxış edərək, turnirin qrup mərhələsini adlaya bilməyiblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->