Xəbər lenti

Rusiya orbitdə nüvə bombası yerləşdirmək istəyir: Bu, dünya müharibəsinə səbəb ola bilər
Dünya 20:51 23.05.2024

Rusiya orbitdə nüvə bombası yerləşdirmək istəyir: Bu, dünya müharibəsinə səbəb ola bilər

Kremlin nüvə başlığı olan peyk əleyhinə silah hazırlaması və kosmos silahlarına nəzarətlə bağlı BMT-nin qətnaməsini bloklaması sonda böyük güc münaqişəsinə səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bunu "Forbes"in sorğusunda iştirak edən ekspertlər və analitiklər deyir.

Vaşinqtonda yerləşən Təhlükəsiz Dünya Təşkilatının kosmik təhlükəsizlik və sabitlik departamentinin baş direktoru Viktoriya Samson Rusiya nüvə başlığının kosmosda partladılmasının ilk növbədə Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar üçün təhlükə yaradacağını vurğulayır.

Halbuki, ruslar kosmosda bomba partlasaydı, bir neçə astronavtın ölümü, yəqin ki, bəşəriyyətin ən kiçik problemi olardı. ABŞ Təhdidlərin Azaldılması Agentliyinin keçmiş nüvə tədqiqatçısı, podpolkovnik Robert Vinsent deyir ki, aşağı Yer orbitində termonüvə bombasının partladılması çoxlu sayda peykləri dərhal məhv edə bilər.

Onun sözlərinə görə, hələ 1962-ci ildə Pentaqonun keçirdiyi sınaq göstərib ki, hətta yüksək hündürlükdə bir nüvə partlayışı nəinki yaxınlıqdakı, hətta Yerin digər tərəfindəki peykləri effektiv şəkildə məhv etməyə qadirdir. 

Vinsent iddia edir ki, peykləri nüvə hücumuna məruz qalan ölkələr gərginliyin artmasına və nüvə silahlarının daha da istifadəsinə gətirib çıxarmayacaq cavab formalaşdırmaqda çətin dilemma ilə üzləşəcəklər.

Kaliforniya Universitetinin fizika üzrə fəxri professoru, astrofizik Coel Primak qeyd edib ki, hətta min peykin məhv edilməsi (orbitdə bundan qat-qat artıq var) gələcək nəsillər üçün planetin ətrafında fırlanan ölümcül dağıntı sahəsi yaradacaq.

Rusiya üzrə ekspert və Kaliforniya Universitetinin Qlobal Münaqişələr və Əməkdaşlıq İnstitutunun doktorantı Spenser Uorren hesab edir ki, ABŞ və digər NATO ölkələri Rusiyanın onları hərbi peyklərindən məhrum etməsinə qədər gözləmədən müəyyən anda qabaqlayıcı zərbə endirə bilərlər. Onun sözlərinə görə, ABŞ orbitdə Rusiya nüvə bombasını qeyri-nüvə anti-peyk silahları ilə məhv etməyə cəhd edə bilər.

Professor Cek Bird hesab edir ki, Rusiya peykləri məhv etmək üçün kosmosda nüvə raketini partlatsa və ya ABŞ Rusiya raketini qabaqlayıcı zərbə ilə məhv edərsə, bu, böyük dünya münaqişəsi üçün bütün ilkin şərtləri təmin edəcək. 

"Hazırda orbitdə olan bu qədər kritik hərbi aktivlə, növbəti fövqəldövlət dünya müharibəsinin kosmosda başlayacağına dair güclü arqument irəli sürmək olar, xüsusən də o mənada ki, ilk atəş orada atılacaq", deyə professor Bird bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->