XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sərhəd ərazilərdə idxal və ixrac üçün yeni nəzarət məntəqələri yaradılacaq
Ölkə16:20 10.09.2026

Sərhəd ərazilərdə idxal və ixrac üçün yeni nəzarət məntəqələri yaradılacaq

Azərbaycanda idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətin gücləndirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yeni nəzarət məntəqələri yaradılacaq.

Qaynarinfo xəbər verir ki, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sənəddə əksini tapıb.

Proqrama əsasən, dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın, ticarət və daşınmanın intensiv olduğu ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət məntəqələrinin yerləşdirilməsi üçün ərazi seçimi və planlaşdırma işləri aparılacaq.

Daha sonra idxal və ixrac edilən məhsulların baytarlıq və fitosanitar yoxlamalarının həyata keçirilməsi üçün yeni məntəqələrin tikintisinə başlanılması nəzərdə tutulur.

Proqram çərçivəsində idxal və ixrac edilən məhsulların yoxlanılması üçün 2 yeni qida təhlükəsizliyinə nəzarət məntəqəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Tədbirin icrasına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Gömrük Komitəsi (DGK) və Kənd Təsərrüfatı Nazirliyi (KTN) cəlb olunacaq.

Günay İlqarqızı