Xəbər lenti

TƏBİB Xalq artisti Zaur Rzayevin səhhəti barədə məlumat yaydı
Ölkə20:00 10.09.2026

TƏBİB Xalq artisti Zaur Rzayevin səhhəti barədə məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Zaur Rzayevin səhhəti stabildir.

Qaynarinfo xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü pasiyentin (kişi) vəziyyəti stabil qiymətləndirilir",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Z. Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. (teleqraf.az)