XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı
Ölkə19:40 10.09.2026

Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı

Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Ardıc” ailə restoranında oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, naməlum şəxs restoranın mətbəxinin pəncərəsindəki toru cıraraq içəri daxil olub. O, mətbəxdən bir ədəd samovar, 7 kiloqram quzu əti, 5 kiloqram mal əti, 8 kiloqram kənd toyuğu, 2 kiloqram “Beluqa” balığı, 4 kiloqram farş, 7 ədəd “Banketnaya” markalı araq və 10 ədəd “Duşes” şirin suyu götürərək hadisə yerindən uzaqlaşıb.

Oğurlanan əmlakın ümumi dəyəri zərərçəkmiş şəxsin hesablamasına əsasən, 1270 manat təşkil edib.

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, oğurladığı ərzaq və içkilərin bir hissəsini istifadə etdiyini, bəzilərini isə küçədə yaşayan kimsəsiz şəxslərə verdiyini bildirib.

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Seyid