XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İllər sonra həqiqəti açıqladı: "Həmkarım əxlaqsız təklif etdi"
Maqazin18:49 10.09.2026

İllər sonra həqiqəti açıqladı: "Həmkarım əxlaqsız təklif etdi"

Ekran tarixində iz qoyan məşhur seriallardan birinin ulduzu da illər sonra belə bir sirri açıqlayıb. Daha doğrusu, illər ərzində yaşadıqlarını qələmə aldığı kitabında bu barədə yazıb.

Qaynarinfo xəbər verir ki, söhbət xüsusilə müəyyən yaşdan yuxarı tamaşaçıların yaxşı xatırladığı “Çarlinin mələkləri” (“Charlie's Angels”) serialından gedir. İllərdir özündə saxladığı sirri açıqlayan şəxs isə serialda rol alan Caklin Smitdir.

Xatirə kitabında yer verdi

Artıq 80 yaşına çatan və illərə meydan oxuyan görünüşü ilə tanınan Smit “I Once Knew a Guy Named Charlie” (“Bir zamanlar Çarli adlı birini tanıyırdım”) adlı kitabında illər əvvəl baş vermiş hadisədən bəhs edib.

Caklin Smit kitabında eyni serialda kamera qarşısına keçən Tanya Robertsin ona üçlü münasibət təklif etdiyini yazıb.

Smitin sözlərinə görə, Tanya Roberts həyat yoldaşı Barri ilə açıq münasibətdə idi və belə məsələlərdə təklif irəli sürməkdən heç çəkinmirdi.

Aktrisa Robertsin ona etdiyi təklifi rədd etdiyini bildirib. Bununla belə, Smit həmkarının açıq danışmasını və həyatını öz istədiyi kimi yaşamasını təqdir etdiyini də gizlətməyib.

Smit kitabında yazdığına görə, bu hadisə Tanya Roberts tərəfindən təyyarə səfəri zamanı baş verib. Təklifi qəbul etməsə də, Smit həmkarının həyat tərzinə və bunu açıq şəkildə ifadə etməsinə hörmətlə yanaşıb.

Bir dövrə damğasını vurdu

Bir dövrə damğasını vuran “Çarlinin mələkləri” 1976–1981-ci illər arasında yayımlanıb. Serial polis akademiyasını bitirən və masa arxasında işləməkdən bezən üç qadın detektivin hekayəsindən bəhs edirdi.

Detektivlər özünü heç vaxt göstərməyən milyonçu Çarli Taunsend üçün çalışırdılar.

Caklin Smit serialın beş mövsümünün hamısında rol alan yeganə aktrisa olub. Serialın ilk dövrlərində o, Farra Fosett və Keyt Ceksonla birlikdə kamera qarşısına keçib.

Daha sonra Keyt Cekson serialdan ayrıldıqda onun yerinə əvvəlcə Şelli Hek, daha sonra isə Tanya Roberts gəlib.

Tanya Roberts serialda cəmi bir mövsüm rol aldıqdan sonra ayrılıb və onun ardınca aktyor heyətinə Şeril Ladd qoşulub.

Aydın