XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kirayədə yaşadığı evdən 8 min manatlıq oğurluq etdi (FOTO)
Ölkə18:18 10.09.2026

Kirayədə yaşadığı evdən 8 min manatlıq oğurluq etdi (FOTO)

Bakının Binəqədi rayonunda kirayədə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Qaynarinfo Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8 min manat dəyərində məişət və geyim əşyalarının oğurlandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.