Xəbər lenti

Şəmkirdə istixanada yanğın olub
Ölkə19:08 10.09.2026

Şəmkirdə istixanada yanğın olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus istixanada yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

İstixana ərazisində plastik tullantılar yığılan sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub.