Xəbər lenti

Aİ ölkələri öz “Patriot”larını Ukraynaya vermək istəmir -
Dünya 18:00 23.05.2024

Aİ ölkələri öz “Patriot”larını Ukraynaya vermək istəmir - "Politico"

Almaniya Ukraynanın daha güclü hava hücumundan müdafiə çağırışına cavab olaraq aprel ayında öz sistemlərinin bir hissəsini göndərəcəyini və digər müttəfiqlərdən daha çox yardım alacağını vəd edib. Lakin Almaniyanın təşəbbüsü uğursuzluğa düçar olub, belə ki, digər ölkələr öz hava hücumundan müdafiə sistemlərini Kiyevə vermək istəmirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır

İndiyə qədər Berlin 11 "Patriot” batareyasından üçünü, həmçinin 50-dən çox qısa mənzilli "Gepard” hava hücumundan müdafiə sistemi və "hava-hava” raketlərini təmin etməyi öhdəsinə götürüb.

Bir neçə həftədir ki, yüksək səviyyəli alman siyasətçiləri, xüsusən də xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius müttəfiqlərin belə bir təşəbbüsü dəstəkləyəcəklərinə ümid edirdilər. Bununla belə, digər ölkələrin reaksiyası səmərəsiz olub, - Politico yazır.

Analitiklər hesab edirlər ki, Avropa ölkələri arasında birlik yoxdur və ABŞ Kiyevə silah yardımını bərpa etdikdən sonra "daha çox rahatlıq var”.

Nəşrin yazdığına görə, müttəfiqlər "Patriot”dan imtina etmək istəmirlər, qismən ona görə ki, belə sistemlər bahadır – hər bir qurğu təxminən 1 milyard dollara və buraxılan hər bir raket milyonlarla dollara başa gəlir.

Həmçinin, Avropa ölkələri öz hava hücumundan müdafiə sistemini zəiflətməkdən qorxurlar, baxmayaraq ki, Almaniya artıq "Ukraynaya verilən dəstəyinə görə potensialında böyük defisitlə” üzləşir.

"Patriot”u olan digər Avropa ölkələrindən İspaniya və Yunanıstan hələlik sistemlərini Ukraynada yerləşdirməkdən imtina edirlər, baxmayaraq ki, Madrid raketlər göndərir. Polşa da batareyalarından birini verməkdən imtina edib.

ABŞ prezidenti Co Baydenin xahişindən sonra Rumıniya bu məsələni nəzərdən keçirəcəyini bildirib.

"Politico”nun məlumatına görə, neytral İsveçrə beş "Patriot” batareyası sifariş edib, lakin öz sistemlərini Ukraynaya göndərməyə hazır olması barədə hələlik məlumat verməyib. 

Onların dəyərindən başqa digər rpoblem bir "Patriot” kompleksinin əvəzlənməsinin təxminən iki il çəkməsidir.

Xatırladaq ki, aprelin 13-də Almaniya Müdafiə Nazirliyi ölkənin Rusiya hava hücumlarını dəf etmək üçün dərhal Ukraynaya əlavə "Patriot” göndərəcəyini açıqlayıb. 
Aprelin 17-də Almaniya hökuməti hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsi ilə bağlı yeni təşəbbüslə çıxış edib.

Almaniyanın müdafiə naziri Boris Pistorius və xarici işlər naziri Annalena Barbok İtaliyada keçirilən G7 xarici işlər nazirlərinin görüşündə Aİ və NATO-dan başqa üçüncü ölkələrdən Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü nəzərdən keçirməyi xahiş ediblər.

Həmin gün Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya NATO tərəfdaşlarından Ukrayna üçün daha altı "Patriot” sistemi tapmağa nail olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->