Xəbər lenti

Ölkə 23:20 23.05.2024

"Gənclik"də siqaret çəkib yerə atdı, 200 manat cərimələndi

Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında siqaret çəkərək kötüyünü yerə atan şəxslə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş Adil Məmmədov (şərti) saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən 50 manat cərimə tətbiq edilib.

Şəxs barəsində protokol tərtib olunduğu üçün o, polis əməkdaşlarını telefonla video görüntüyə almağa başlayıb. Buna görə həmin şəxs saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmə təqsirləndirilən şəxsi 200 manat cərimə edib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->