Ekonomiks 20:45 27.01.2023

"Axpo" 5 faizini 210 milyon avroya sataraq TAP-dan çıxır

İsveçrənin enerji konserni "Axpo" cümə günü bildirib ki, Trans Adriatik Qaz Boru Kəmərinin operatoru olan "Trans Adriatic Pipeline AG" (TAP) şirkətinin səhmlərinin 5 faizini digər səhmdarlara satmağa razılıq verərək, layihədən çıxır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” "Reuters"ə istinadən məlumat yayıb https://www.moscowtimes.ru/2023/01/27/shveytsarskaya-axpo-vyydet-iz-proekta-tap-prodav-5-za-210-mln-evro-a32091 

İspaniyanın "Enagas" şirkəti "Axpo"nun 5%-lik payının 4%-ni alır, payını 16%-dən 20%-ə qədər artırır, Belçikanın "Fluxys" şirkəti qalan 1%-ni alacaq və payını 20%-ə çatdıracaq.

Xəbərdə deyilir ki, 2023-cü ilin ikinci yarısında yekunlaşması planlaşdırılan əməliyyatın ümumi məbləği 210 milyon avro təşkil edib.

TAP-ın qalan səhmdarları BP (20%), SOCAR (20%) və "Snam"dır (20%).

Nizami Bağırov