Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ”ın Almaniyanın “Ayntraxt” klubu ilə oyununun vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin Frankfurtda keçiriləcək cavab oyunu əvvəlcədən nəzərdə tutulduğundan 35 dəqiqə tez başlayacaq.
Belə ki, avqustun 29-da “Kommersbank-Arena” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:30-da start götürəcək. Bu oyun ilkin olaraq 00:05-ə planlaşdırılmışdı.
Qeyd edək ki, avqustun 22-də Bakıda keçiriləcək ilk matç saat 21:00-da başlayacaq.
Qaynar.info
Şərhlər