"Möhtərəm
cənab Prezident! Hörmətli Mehriban xanım! Son zamanlar ölkəmizdə islahatların
getdiyini, bu prosesin vacibliyini və daha da genişlənəcəyini bəyan etmisiniz.
Bu istiqamətdə fəaliyyətlərə rəhbərlik edirsiniz”.
Qaynarinfo
xəbər verir ki, bu sözlər Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı
"Kanal 13” elektron media qrumu ilə bağlı ölkə rəhbərliyinə müraciətətində
yer alıb.
Daha
sonra müraciətdə deyilir:
"Bu
istiqamətdə fəaliyyətlərə rəhbərlik edirsiniz. Belə açıqlamalar vətəndaşlarda
ruh yüksəkliyi və gələcəyə ümid yaradır. Çox təəssüflər olsun ki, bir çox halda
bəyan edilən siyasətin əksinə baş verən aktların şahidi oluruq. Siz öz
çıxışlarınızda dəfələrlə demisiniz ki, belə hallarda cəmiyyətin Sizi məlumatlandırması,
neqativ və ədalətsiz hadisələrə qarşı ictimai qınağının olması lazımdır. Bu səbəbdən
də müstəqil elektron media qurumu olan KANAL 13 onlayn televiziyasının rəhbəri
Əziz Orucov Qaraşoğlu barəsində ədalətli qərarların qəbul edilməsini Sizdən
xahiş edirik.
Çox
hörmətli cənab Prezident və Vitse Prezident!
Əziz
Orucov obyektiv, səmimi, peşəkar jurnalistdir. Ölkəmizdə ilk onlayn
televiziyanın (KANAL 13) qurucusu və rəhbəridir. Onun üzləşdiyi problemlər –
Bakı şəhərində evinin əlindən alınması, Bərdə rayonunda özünə məxsus torpaq sahəsinin
saxta yolla adından çıxarılması, üzərində şərti cəzanın saxlanılması, ümumvətəndaşlıq
pasportunun verilməməsi hallarıdır.
Sizi
bu məsələ ilə bağlı məlumatlandırmaqda məqsədimiz müraciətimizdən sonra ədalətli
mövqeyinizin şahidi olacağımıza əminlikdir”.
Şərhlər