Xəbər lenti

İdman 17:51 14.07.2022

Azərbaycan beynəlxalq yarışda 14 cüdoçu ilə təmsil olunacaq

İyulun 15-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Qran-Pri turniri start götürəcək.
 
Azərbaycan cüdo federasiyasından Qaynarinfo-ya verilən məlumata görə üç gün davam edəcək turnirdə dünyanın 69 ölkəsindən 520 idmançı iştirak edəcək.

Mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılovun rəhbərliyi altında Azərbaycan milli yığma komandası 14 cüdoçu ilə iştirak edəcək.

Kişilər:
 
-60 kq.

Kəramət Hüseynov

-66 kq.

Orxan Səfərov
Yaşar Nəcəfov

-73 kq.

Rüstəm Orucov
Hidayət Heydərov

-81 kq.

Səid Mollayi
Zelim Tckayev

-90 kq.

Məmmədəli Mehdiyev

-100 kq.

Elmar Qasımov

+100 kq.

Uşanqi Kokauri

Qadınlar:

-48 kq.

Leyla Əliyeva

-52 kq.

Gültac Məmmədəliyeva

-63 kq.

Aytac Qardaşxanlı

-70 kq.

Südabə Ağayeva
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->