Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ötdü
phrase_var_qaynar. 10:02 23.07.2026

Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.83 dollar və ya 1.85% bahalaşaraq 100.56 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,88 ABŞ dolları və ya 1,98 % artaraq 96,69 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 94,17 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,97 dollar və ya 3,23 faiz artaraq bir barel üçün 62,94 dollara çatıb.

Şimal dənizində hasil edilən "Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,98 dollar və ya 2,15 faiz artaraq bir barel üçün 94,17 dollara çatıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->