Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,88 ABŞ dolları və ya 3,82 % azalaraq 72,46 ABŞ dolları təşkil edib.
Qaynarinfo xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti də 2,85 ABŞ dolları və ya 3,9 faiz azalaraq 69,98 ABŞ dollarına enib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,79 ABŞ dolları təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,3 ABŞ dolları və ya 7,5 faiz azalaraq bir barel üçün 40,72 ABŞ dolları təşkil edib.
Şimal dənizindən hasil olunan "Dated Brent" markalı neftin bir barelinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,73 ABŞ dolları və ya 3,8 faiz azalaraq 68,79 ABŞ dollarına düşüb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər