Xəbər lenti

Azərbaycan Syerra Leoneyə qarşı: Start heyəti
İdman 18:41 30.03.2026

Azərbaycan Syerra Leoneyə qarşı: Start heyəti

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, millimiz "FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşacaq.

Bu görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Oyun saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib.

FIFA Series-2026
30 mart

19.00 Azərbaycan - Syerra Leone
Azərbaycan: 12. Aydın Bayramov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev, 10. Aleksey İsayev, 13. Emil Səfərov, 8. Emin Mahmudov (k), 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.
Baş məşqçi: Ayxan Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

--> -->